page loader
HAQQIMIZDA

HAQQIMIZDA

“Premium Transport” MMC 2013-cü ildən Azərbaycan dağ-mədən sənayesi sahəsində fəaliyyətə başlayıb. Şirkət 06 may 2013-cü ildə Bakı şəhərində 1002934931 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir və baş ofisi Bakı şəhəri, Şıxov qəsəbəsi, Grand Park-2 ünvanında yerləşir. Şirkətin əsas fəaliyyəti mühəndis geologiyası, geoloji kəşfiyyat, partlayış əməliyyatları, daşınma xidmətləri yerinə  yetirməkdir. “Premium Transport” MMC müasir standartlara uyğun fəaliyyətini inkişaf etdirmək məqsədilə beynəlxalq səviyyəli aparıcı şirkətlərin qabaqcıl texnologiya və təcrübələrinə istinad edir. Beynəlxalq standardlarla işləyən mühəndis və texniki işçilərdən ibarət operativ koordinasiya olunan təcrübəli komanda heyəti əməyin idarə olunmasının təşkilini təmin edir .

“Premium Transport” MMC-ni digər şirkətlərdən fərqləndirən əsas cəhət şirkətin operativ koordinasiya olunan, yüksək beynəlxalq standardlarla işləyən mühəndis və texniki işçilərdən ibarət komandasının formalaşmasıdır.

Şirkət özünün bütün fəaliyyətinin planlaşdırılmasında və yerinə yetirilməsində sifarişçinin istəklərinə, tələblərinə üstünlük verir. Layihələrin həyata keçirilməsində sifarişçinin layihə məqsədlərinə uyğun detallı qrafik və resursların planlaması təşkil edilir. Ümumiyyətlə, layihəyə maraqlı bütün tərəflərlə aydın ünsiyyət təşkil edilir. İş prosesi zamanı layihənin plana uyğun gedişatı diqqətlə izlənilir və kənaraçıxmalar müəyyən edilir. Bu zaman görülən işlərin keyfiyyətinə yaxından nəzarət olunur. Çünki əsas məqsəd işi vaxtında görüb, keyfiyyətli təhvil verməkdir.

“Premium Transport” MMC-də keyfiyyət, sağlamlıq və təhlükəsizlik standardlarına ciddi riayət həmişə ön planda olan prioritet məsələlərdən biridir və bu məsələlər şirkətin rəhbərliyinin daimi diqqəti və qayğısı əhatəsindədir.

Layihənin həyata keçirilməsində bizim fəlsəfəmiz aşağıdakı kimidir:

         Sifarişçinin layihə məqsədlərinə uyğun detallı qrafik və resursların planlamasını təşkil etmək;

         Bütün layihəyə maraqlı tərəflərlə aydın ünsiyyət təşkil etmək;

         Layihənin tərəqqisini izləmək və kənaraçıxmaları müəyyən etmək;

         Görülən işlərin keyfiyyətinə yaxından nəzarət;

         Layihəni vaxtında tamamlamaq və təhvil vermək.

“Premium Transport” MMC-də öz işçilərinin və apardığı iş fəaliyyətinə cəlb olunan digər bütün işçilərin sağlamlığı və təhlükəsizliyi, o cümlədən ətraf-mühitin mühafizəsi lazımi tərzdə səmərəli və sənədləşdirilmiş bir sistemlə təmin olunur. İnsan sağlamlığı və təhlükəsizliyi, o cümlədən ətraf-mühit üçün potensial risk yarada bilən bütün vəziyyətləri aşkarlamaq, qarşısını almaq və yaxud nəzarətdə saxlamaq üçün bütün tədbirlər görülür.

“Premium Transport” MMC-nin keyfiyyət siyasəti beynəlxalq standartların tələblərinə tam cavab verir. Müştəri məmnunluğunu nəzərə alan sistematik və sənədləşdirilmiş qaydada həyata keçirilən bir keyfiyyət siyasəti yürüdülür.

“Premium Transport” MMC-də sənaye, mülki, tikinti, layihə-mühəndislik, geologiya, geoloji kəşfiyyat, partlayış əməliyyatları  sahəsində geniş təcrübəsi olan peşəkar mütəxəssislər çalışır.

 

Partnyorlar

Star Mining
AzPlast 2012 MMC
"TRANSKO 2012"  MMC
Azinterpartlayış