page loader
HAQQIMIZDA

Siyasət

“PREMİUM TRANSPORT” MMC-nin SİYASƏTİ

PRİNSİPLƏR

YENİLİKÇİ VƏ ÇEVİK

MƏQSƏD, TƏSƏVVÜR VƏ TƏLƏBLƏR

MİSSİYA

“Premium Transport” MMC-nin əsas missiyası ekoloji yönümlü xidmətləri (ekoloji monitorinq, axıntı sularının təmizlənməsi, neftşlamın emalı. torpaqların rekultivasiyası, bioremediasiyası və landşaftın bərpası və s) milli qanunvericiliyə uyğun olaraq beynəlxalq standartların tələbləri səviyyəsində keyfiyyətlə, təhlükəsiz və ətraf mühitə ziyan vurmadan yerinə yetirib müştəri məmnunluğunu təmin etməkdir. Göstərdiyimiz xidmətin effektiv idarə olunması müştəri tələblərinin ödənilməsi və bazarda mövqeymizin möhkəmlənmisinə zəmanət verir.

 

Cəmiyyətimiz ISO 9001 “Keyfiyyət idarəetmə”, ISO 14001 “Ətraf mühit idarəetmə”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə” sistemlərinin daima təkmilləşdirilməsi və inkişaf etdirilməsi üçün aşağıdakı meyarları rəhbər tutur:
 
  • Azərbaycan Respublikasının Təhlükəsizlik, Ekologiya və Keyfiyyətlə bağlı qanun   və normativ-hüquqi sənədlərinin bütün tələblərinə əməl etmək;
  • Müştərinin tələb və maraqlarını əsas tutaraq cəmiyyətin fəaliyyətinin effektivliyini artırmaq;
  • İSO 9001, İSO 14001 və OHSAS 18001 beynəlxalq standartlarının tələblərinə uyğun olaraq Keyfiyyət, ekologiya və təhlükəsizlik sistemlərini daima yaxşılaşdırmaq və inkişaf etdirmək üçün müasir avadanlıqları, yeni texnika və texnologiyanı tətbiq etmək;
  • Cəmiyyətin hər üç sistem üzrə hədəfləri göstərdiyi xidmətləri keyfiyyətlə, ətraf mühitə və insan sağlamlığına ziyan vurmadan yerinə yetirmək;
  • İşçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün maarifləndirmə tədbirlərini həyata keçirmək;
  • Təbii sərvətlərdən səmərəli istifadə etmək;
  • Menecment sistemlərinin effektivliyini tələblərə uyğun olaraq daim artırmaq məqsədilə vaxtaşırı təhlil etmək;
  • Müəssisəmizin bütün işçilərini bu siyasətlə tanış etmək, siyasəti cəmiyyətin veb-səhifəsində yerləşdirmək;

 

"Premium Transport" MMC öz fəaliyyətində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına daim əməl edir.

“Premium Transport” MMC-də əməyin mühafizəsi normaları və qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi, digər qanunvericilik aktları, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrlə müəyyən edilir.

İşçilərin sağlamlığını və əməyin təhlükəsizliyini qorumaq işlərimizin keyfiyyətinin və məhsuldarlığının artırılmasının ən effektiv üsuludur. Bu məqsədlə şirkətimizdə çalışan işçilərə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, işlərin təhlükəsiz görülməsi, təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsi, işçi heyətin işdən öncə təlimatlandırılması, təhlükəli iş sahələrində risklərin öncədən qiymətləndirilməsi, bütün işçilərin qoruyucu və fərdi mühafizə vasitələrindən normalara uyğun tam şəkildə istifadə etmələri, sağlam əmək şəraitinin yaradılması istiqamətində maneçilik törədə biləcək bütün zərərli amillərin əvvəlcədən müəyyən olunması, daimi yaxşılaşdırma proseslərinin həyata keçirilməsi  diqqət mərkəzindədir.

Obyektlərdə çalışan bütün işçilərin təhlükəsizlik texnikası qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərin tələblərinə əməl etmələrinə ciddi nəzarət olunur.

İşə yeni qəbul olunan hər bir işçiyə giriş təlimatı aparılır, qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatı üzrə biliklərinin yoxlanılması üçün attestasiya komissiyası müvafiq attestasiyalar həyata keçirir.

“Premium Transport” MMC şirkətinə yeni işə götürülən hər bir işçiyə əməyin mühafizəsi üzrə onun üzərinə düşən vəzifələr də çatdırılır. Bu vəzifələr aşağıdakılardır:

- əməyin mühafizəsi üzrə müvafiq nоrmativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və оnlara əməl etmək;

- əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qоymayacağı tədqirdə icra etmək, şəхsi buraхılışı оlmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görmək;

- verilmiş хüsusi geyimdə və ayaqqabıda işləmək, teхnоlоji prоsesdə, əməyin mühafizəsi üzrə nоrmalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kоllektiv mühafizə vasitələrindən istifadə etmək;

- əməyin mühafizəsi qaydalarının bütün pоzuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəхt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;

- müntəzəm оlaraq əməyin mühafizəsi nоrmaları və qaydaları barədə biliklərini artırmaq;

- əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəхəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyyələrinə əməl etmək.

İstehsalatda zədələnmələrin qarşısını almaq üçün mütəxəssislərimiz tərəfindən tədbirlər hazırlanır və onların həyata keçirilməsi təşkil edilir.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndislərimiz iş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarəti, sanitar texniki vəziyyətin yoxlanılmasını həyata keçirirlər. Bundan əlavə, mütəxəssislərimiz iş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması istiqamətində də daim çalışırlar. Qrafikə uyğun olaraq iş yerlərinin, qurğuların, avadanlıqların, texnikanın əməyin mühafizəsi üzrə texniki vəziyyəti mütəmadi yoxlanılır.

Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına, əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə, səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına, aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə, yük maşınlarının və xüsusi texnikanın texniki vəziyyətinə, qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə, iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına, işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyaların keçirilməsinə, istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına, işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə, sahələrdə fəhlə və qulluqçuların fərdi mühafizə vəsaitləri ilə tam təmin edilməsinə nəzarət edir.

Şirkətin əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq vaxtaşırı hesabatlar hazırlayır və rəhbərliyə təqdim edir.

 

Cəmiyyət hazırkı siyasəti fəaliyyətinin ana xətti elan edir.

“Premium Transport” MMC öz fəlaliyyətində əsas prinsiplərindən biri kimi müştəri maraqlarına istiqamətlənmiş siyasət yürüdür. Şirkət özünün bütün fəaliyyətinin planlaşdırılmasında və yerinə yetirilməsində sifarişçinin istəklərinə, tələblərinə üstünlük verilir.

“Premium Transport” MMC layihələrin həyata keçirilməsində müştəri məmnunluöunu təmin etmək üçün aşağıda meyarları rəhbər tutur:

1. Təklifin məcburiliyi. “Premium Transport” MMC öz üzərinə yаlnız zəmаnət vеrə bildiyi sаziş öhdəliklərini götürür, хidmətin yеrinə yеtirilməsi ilə bаğlı qəbul еdilmiş sifаrişi məcburi surətdə yеrinə yеtirir.

2. İstifаdənin qеyri-məcburiliyi. “Premium Transport” MMC müştərilərə öz хidmətlərini zоrlа sırımаğа çаlışmır.

3. Sеrvisin еlаstikliyi. “Premium Transport” MMC tərəfindən təklif оlunаn хidmətlər pаkеti kifаyət qədər gеnişdir: minimum zərurilərdən mаksimum məqsədəuyğunlаrа qədər.

4. Sеrvisin rаhаtlığı. “Premium Transport” MMC tərəfindən təklif оlunаn хidmətlər yаlnız müştəriyə əlvеrişli оlаn yеrdə və fоrmаdа təklif оlunur.

5. Sеrvisin tехniki аdеkvаtlığı. “Premium Transport” MMC-nin tехniki səviyyəsi istifаdə оlunаn tехnоlоgiyаlаrа uyğundur. Bu, xidmətlərin lаzımi kеyfiyyətini əldə еtmək üçün əsas şərtdir.

6. Sеrvisin infоrmаsiyа təminаtı. “Premium Transport” MMC хidmətlərin hаzırlаnmаsındа оrijinаl fikirlərin istifаdəsi üçün müştərilərdən və digər mənbələrdən əldə оlunаn məlumаtlаrı istifаdə еdir.

7. Düşünülmüş qiymət siyаsəti. “Premium Transport” MMC-nin xidmətləri yаlnız gəlir mənbəyi dеyil, həm də хidmətlərin əldə еdilməsi üçün stimul və müştərilərin еtibаrını qаzаnmаq üçün bir vаsitədir.

8. Xidmətlərin təklif оlunаn sеrvislə zəmаnətli uyğunluğu. “Premium Transport” MMC öz müştərilərinə vicdаnlа yаnаşır.

 

Bizim fəaliyyət sahəmizdə olan xidmətlərə tələblər ildən-ilə durmadan artır. Bunun fonunda müştərilərə keyfiyyətli xidmətlərin göstərilməsi və tapşırıqları təhlükəsiz şəkildə yerinə yetirmək kimi amillər prioritet məsələlərdən birinə çevrilir.

“Premium Transport” MMC müştərilərinə keyfiyyətli xidmətlərin göstərilməsi istiqamətində bir sıra tədbirlər görür. Bunlardan ən əsasları layihələrin yerinə yetirilməsi zamanı qabaqcıl texnologiyalardan istifadə etmək, görülən işlərdə gecikmələrə yol verməmək, bütün riskləri əvvəlcədən qiymətləndirməklə önləyici tədbirlər görməkdən ibarətdir.

Tapşırıqları təhlükəsiz yerinə yetirmək üçün şirkətin məsul işçiləri bütün işləri daimi nəzarətdə saxlayır, baş verə biləcək hadisələri və qrafikdənçıxmaları qabaqlamaq üçün tədbirlər görür, əgər belə hallar baş verərsə təcili olaraq ehtiyyat resurslar işə cəlb olunur.

Bizim məqsəd və təsəvvürlərimiz – işimizi müştərilərimizin tələblərinə uyğun, yerli və beynəlxalq keyfiyyət standartlarına müvafiq olaraq əlverişli gəlirə vaxt itirmədən ayrılmış büdcə daxilində vaxtından qabaq tamamlamaqdır. Biz öz işlərimizlə, ən yüksək texniki və təhlükəsizlik standartları üzrə dağ-mədən sektorunda Xəzər dənizi regionunda fəaliyyət göstərən şirkətlər arasında “Premium Transport” MMC-ni birinci və ən yaxşı etməkdir.

Bizim missiyamız fəaliyyət sahəsində beynəlxalq standartlar üzrə səmərəli qiymətlərlə keyfiyyətli xidmətlər göstərərək müştərilərimizə rəqabət qabiliyyəti əldə etməyə yardım etməkdir. Xammalın emalı və geodeziya, dağ-mədən, partlayış işləri aparan təcrübəli şirkət kimi dağ-mədən sənayesi üçün müxtəlif növ xidmətlər və avadanlıqlar ilə təmin etməkdir.

Partnyorlar

Star Mining
AzPlast 2012 MMC
"TRANSKO 2012"  MMC
Azinterpartlayış