page loader
HAQQIMIZDA

PARTLAYIŞ İŞLƏRİ

Hər bir mədən özünəməxsus əməliyyat və kommersiya xüsusiyyətlərinə görə fərqlidir. Ona görə də müştərilərin spesifik çətinliklərini həll etmək məqsədilə Partlayışa əsaslanan xidmətlər işləyib hazırlamışıq. Partlayışa əsaslanan xidmətlər hər bir əməliyyatın özünəməxsus tətləblərini təmin etməyə uyğunlaşdırılmış xidmətlər təqdim etməklə müştərilərimizin inkişafını və mənfəətliliyini dəstəkləmək üzrə öhdəliyimizə əsaslanır.

“Premium Transport” MMC-nin partlayış işlərində istifadə etdiyi materiallar tamamilə yeni və fərqlidir: ekologiya üçün tam zərərsiz, partlayış baş verən zaman ətrafda dağıntı yaratmır, seysmik dalğası çox məhduddur. Bu matriallar SSRİ dövründən bizə məlum olan və bu gün də bir sıra postsovet respublikalarında istifadə olunan partlayıcı maddələrdən tam fərqlidir. B maddələr ən müasir, tam təkmilləşdirilmiş, tamamən idarə olunan bir səviyyəyə yüksəldilmiş maddələrdir.

Keçmiş dövrlərdə bu sahə ilə məşğul olan müəssisələr qarşısında müəyyən tələblər qoyulurdu. Məsələn, partlayış partladıcı maddələrin miqdarından asılı olaraq, yaşayış binalarından 150-1000 m məsafədə həyata keçirilə bilər, partlayışı, zamanı daş qəlpələri 300 m məsafəyədək sıçraya bilərdi. Bizim istifadə etdiyimiz yeni maddələrlə partlayış törədərkən isə prossesi düzgün tənzimlədikdə qəlpələrin uçuş məsafəsi 50 metrdən çox olmur.

Partnyorlar

Star Mining
AzPlast 2012 MMC
"TRANSKO 2012"  MMC
Azinterpartlayış